00:07 05-01-2020
news_image
378
TOP OYUNLARI

Voleybolçularımız lisenziya turnirinə qələbəsiz yollanır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçı keçirib.

Apasport.az saytının məlumatına görə, Polşada təlim-məşq toplanışında olan Vasif Talıbovun komandası hazırlıq çərçivəsində yerli yığma ilə ikinci dəfə üz-üzə gəlib.  

Matç millimiz üçün yenə məğlubiyyətlə başa çatıb. İlk qarşılaşmada voleybolçularımıza 5:0 (25:19, 25:22, 25:18, 26:24, 25:17) hesabı ilə qalib gələn Polşa yığması bu dəfə 3:1 (25:18, 21:25, 25:12, 25:21) hesablı qələbəyə sevinib. 

Bununla da Vasif Talıbovun rəhbərliyi altında 4-cü oyununa çıxan komandamız meydandan qələbəsiz ayrılıb. Millimiz Türkiyədə hazırlıq çərçivəsində “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə də bacarmayıb. Hər 2 matç 2:2 hesabı ilə bitib.

Artıq hazırlığı başa vuran yığma bu gün Olimpiya lisenziya xarakterli yarışın keçiriləcəyi Niderlanda yollanacaq. 

Qeyd edək ki, Apeldornda baş tutacaq turnir yanvarın 7-12-də olacaq.