10:47 06-01-2020
news_image
96
TOP OYUNLARI

“Komandamız sadəcə möhtəşəm çıxış edəcək” - Yelizaveta Səmədova

“Mövsümün əvvəlində Braziliyada keçirilən Olimpiya Təsnifat Turnirində mübarizə apardıq”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət  Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

O, sabah start götürəcək Avropa Olimpiya Təsnifat Turniri ərəfəsində fikirlərini açıqlayıb. Milliləşən legioner yığmamızın bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq şansını dəyərləndirib: “Braziliyadakı turnirdə biz gözlədiyimiz səviyyədə çıxış edə bilmədik. Hərçənd biz daha yaxşı oyun göztərəcəyimizi gözləyirdik. Lakin Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha bir şansımız var. Bilirik ki, rəqiblərimiz çox güclüdür. İnanıram ki, bütün komandamız sadəcə möhtəşəm çıxış edəcək”.

Qeyd edək ki, Hollandiyada təşkil olunacaq turnirin oyunları yanvarın 7-12-də keçiriləcək.