13:18 06-01-2020
news_image

Yığmamızdan 21 medal - "Bosfor kuboku"nda

İstanbulda karate üzrə beynəlxalq "Bosfor kuboku" başa çatıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 21 medal qazanıb. 

Mükafatlardan 5-i qızıl, 5-i gümüş və 11-i bürünc olub. Bu nəticə yığmamızı komanda hesabında Türkiyədən sonra ikinci edib. 

Qeyd edək ki, beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı mübarizə aparıb.