14:00 07-01-2020
news_image
203
FUTBOL

“İnter” Darmianı istəsə də...

İtaliyanın “Parma” klubunun futbolçusu Matteo Darmian “İnter”ə keçə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi ilə Milan təmsilçisi arasında danışıqlar müsbət nəticələnib.

Lakin “İnter” Darmianın klubu ilə razılıq əldə etməkdə çətinliklə üzləşib. Milanlılar futbolçunu yanvarda heyətinə qatmaq istəyir. “Parma” əsas heyət üzvünü yaya qədər komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, müdafiəçi “Parma”ya ötən yay “Mançester Yunayted”dən keçib.