22:30 07-01-2020
news_image
996
TOP OYUNLARI

Yeni ilin ilk oyunlarının vaxtı açıqlandı

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XII turunun oyunlarının başlama saatı açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, ötən il dekabrın 19-da fasiləyə yollanan komandalar yanvarın 11-də növbəti oyunlarını keçirəcəklər. 

Turun bütün matçları eyni gündə baş tutacaq. Oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq. 

Azərbaycan Superliqası
XII tur
11 yanvar

12:00. "Sıçrayış" - "Zirvə"
14:00. "80-lər" - "Atom"
16:00. "Xırdalan" - "Sərkərdə"
18:00. "Gəncə" - "Atletik"