02:45 09-01-2020
news_image
367
FUTBOL

İkardi coşdu, PSJ darmadağına sevindi

Fransa Liqa kubokunda 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə yarımfinalın üç iştirakçısı bəlli olub.

İlk oyun günündə olduğu kimi, yenə mərhələni meydan sahibləri adlayıblar. “Lion” “Brest” səddini keçib.

“Lill” isə “Amyen”i mübarizədən kənarlaşdırıb. PSJ “Sent-Etyenn”i darmadağınla keçib. 7 qolun vurulduğu görüşdə Mauro İkardi het-trikə imza atıb.

Qeyd edək ki, 1/4 finalın bir gün öncə keçirilən ilk oyunda “Strasburq”u penaltilər seriyasında (0:0, pen.4:2) məğlub edən “Reyms” də yarımfinala yüksəlib. Yarımfinal mərhələsinin püşkü yanvarın 9-da atılacaq.

Fransa Liqa kuboku
1/4 final
8 yanvar
“Lion” - “Brest” – 3:1

Dembele, 19, Aouar, 55, Lukas, 90 – Qrandsir, 85
“Lill” - “Amyen” – 2:0
Araujo, 50, Osimhen, 58
PSJ -“Sent-Etyenn” – 6:1
İkardi, 2, 49, 57, Neymar, 39, Moulin, 44 (avtoqol), Mbappe, 67 – Kabaye, 71