12:11 09-01-2020
news_image
323
TOKİO-2020

“Azərbaycan bizim məmləkətimiz kimidir” - Mustafa Dənizli

“Püşkatma zamanı Türkiyə yığması yaxşı bir qrupa düşdü. Yığmamız düzgün yoldadır”. 

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Mustafa Dənizli deyib.

Zəngin karyerasında bir çox komandalarda işləmiş, bir müddət Azərbaycanda “Xəzər Lənkəran”a rəhbərlik etmiş təcrübəli mütəxəssis Türkiyə yığmasının AVRO-2020 şanslarından danışıb. O, “ay-ulduzlular”ın qrupdakı matçlardan ikisini Bakıda keçirməsinə də münasibət bildirib: “Şenol Günəşlə birlikdə çox gözəl atmosfer yaradılıb. Həmişə bizdə hücumameylli futbolçular çıxırdı, indi müdafiəmeyllilər çoxalıb. Qrupumuzda İsveçrə əslən bu ölkədən olmayan futbolçulardan qurulub. İtaliya yığması daha güclü təsir bağışlayır. Uğursuz başlayıb, sonra uğurla başa vurmaq kimi xasiyyətimiz var. Azərbaycan bizim məmləkətimiz kimidir. İtaliyada başlamaq bir az üstünlükdür. Millimizə tam inanıram. Dünya çempionundan 4 xal aldıq. Burada nə edəcəyimizi özünüz düşünün”.

Qeyd edək ki, Türkiyə millisi qrupda İtaliya ilə Romada, İsveçrə və Uelslə Bakıda qarşılaşacaq.