09:34 10-01-2020
news_image
1661
TOP OYUNLARI

Dünya rekordçusu Azərbaycan millisindən gedir

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yığma karyerasını başa vurur.

Apasport.az saytının məlumatına görə, bunu Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Bolqarıstanla matçdan sonra özü açıqlayıb. 

30 yaşlı hücumçu bildirib ki, bu gün Polşa ilə matç milli karyerasında sonuncu olacaq: "Tokio Olimpiadasında olmayacağıq. Amma növbəti oyun üçün çox həyəcanlıyam. Çünki bu, mənim millidə son matçım olacaq”.  

Qeyd edək ki, Ukrayna voleybolunun yetirməsi olan Özbəkistan əsilli dünya rekordçusu 15 yaşından Azərbaycanda çıxış edir. "Nəqliyyatçı"ya dəvət edilən voleybolçu 2007-ci ildə milliləşdirilib.