11:08 10-01-2020
news_image
162
TOP OYUNLARI

Azərbaycan millisinin kapitanının durumuna aydınlıq gəldi

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın zədəsinin ciddi olmadığı dəqiqləşib. 

Bu barədə məlumatı apasport.az saytına yığmanın 27 yaşlı kapitanının özü verib. 

O bildirib ki, Niderlandda Avropa Olimpiya Təsnifat Turnirində Bolqarıstanla görüşdə zədələnərək meydanı tərk etsə də, hazırda özünü yaxşı hiss edir: “Ciddi nəsə yoxdur. Bu gün Polşa ilə son matçda oynamaq da istəyirəm. Amma həkim və məşqçilər korpusunun buna icazə verib-verməyəcəyini bilmirəm. Onlar nə qərar versə, onu da edəcəyəm”. 

Qeyd edək ki, Abduləzimova 1:3 hesabı ilə uduzduğumuz qarşılaşmanın son hissəsində zədələnmişdi.