13:08 10-01-2020
news_image
2040
FUTBOL

“Astana” Xayme Romeronun transferi ilə bağlı qərarını dəyişdi

Ağdamın “Qarabağ” klubunun futbolçusu Xayme Romero mövsümün sonunadək komandasını dəyişməyəcək.

Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Astana” klubu ispaniyalını qış fasiləsində heyətində qatmaq fikrindən daşınıb.

Legioneri azad agent, ya da aşağı qiymətə transfer etmək istəyən Nur-Sultan təmsilçisi ən azı yarım il gözləməyə qərar verib. “Astana” ispaniyalını heyətinə qatmaq üçün yay fasiləsində yenidən hərəkətə keçəcək. 

Buna futbolçunun ağdamlılarla 1,5 illik müqaviləsinin qalması səbəb olub.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"ın iki futbolçusu - Pedro Enrike və Riçard Almeyda “Astana”ya transfer olunmuşdu.