14:21 10-01-2020
news_image
2053
FUTBOL

“Neftçi”nin baş tutmayan “sevdası”

Avstriyalı futbolçu Daniel Offenbaxerin Bakının "Neftçi" klubuna keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" Rumıniyada "Hermanştadt" klubunda oynayan 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olsalar da, bu istəklərinə çatmayıblar.

Buna maddi məsələlər səbəb olub. Rumıniya təmsilçisinin transfer üçün tələb etdiyi məbləğ “Neftçi”ni qane etməyib. Bu üzdən də yarımmüdafiəçi "Hermanştadt"da qalıb.

Qeyd edək ki, Offenbaxerin hazırkı klubu ilə müqaviləsi mövsüm sonunda başa çatır. O, bunadək vətənində "Zalsburq", "Şturm", "Volfsberger"də və Litvada "Suduva"da oynayıb.