17:59 10-01-2020
news_image
192
DİGƏR NÖVLƏR

Olimpiada-2024-ün ev sahibi bilindi

2024-cü ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən 135-ci sessiyasında verilib. 

Yarışa ev sahibliyi etmək üçün namizədliyini verən yeganə ölkə olan Cənubi Koreya bu hüquqa yiyələnib. Onlar səsvermədə 79 nəfərin etimadını qazanıblar. İki nəfər bunun əleyhinə olubsa, 1 nəfər bitərəf olub. 

Olimpiya Oyunları Kanvondo əyalətinin mərkəzi Pxençxanda keçiriləcək. Lakin Olimpiadanın dağ xizəyi üzrə yarışlarının qonşu ölkə - KXDR-ın ərazisində təşkil olunması mümkündür. 

Qeyd edək ki, 2012-ci ildən keçirilən yeniyetmələrin qış olimpiya oyunları 4 ildən bir baş tutur. Bir gün öncə Lozannada 3-cü dəfə təşkil olunan analoji turnirin açılış mərasimi olub.