14:21 13-01-2020
news_image
2216
FUTBOL

“Qarabağ”a keçidi alınmayan braziliyalı “Keşlə” ilə danışıqlar aparır – özü açıqladı

"Bir neçə ölkə ilə yanaşı, Azərbaycan klublarından da təklif almışam. Amma hələ ki, qərar verməmişik. Menecerim bu işlə məşğuldur". 

Bunu apasport.az saytına Portuqaliyanın "Eştoril" klubunun futbolçusu Nikolas Kareka deyib.

22 hücumçu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Onun sözlərinə görə, konkret olaraq, "Keşlə"yə keçmək variantı yüksəkdir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Vorskla"nın (Ukrayna) heyətində oynamış Kareka Ağdam klubunun də hədəfində olub. Hər iki görüşdə "Qarabağ"a qarşı mübarizə aparmış 23 yaşlı hücumçu keçidinin baş tutmamasını belə izah edib:

“Hazırda "Keşlə" variantım var. Danışıqlar davam edir. Ötən mövsüm də "Qarabağ"da oynayacağımı düşünürdüm. Amma bu baş vermədi. Danışıqlar oldu və mən transferin rəsmiləşəcəyini fikirləşirdim. Əslində, özüm də "Qarabağ"da oynamaq istəyirdim. Onlara qarşı Avropa Liqasında çıxış etmişdim, Bakıda olmuşdum. Hər şeyi bəyənirdim, amma keçid baş tutmadı. Rəsmiləşmək alınmadı. Yenə Azərbaycanda oynamaq ehtimalım var. Necə olacağını gözləyirik".

Braziliyalı Azərbaycan futbolu və "Keşlə" haqda məlumatının çox olmadığını da bildirib: "Azərbaycan futbolu və "Keşlə" haqda məlumatım azdır. "Eştoril"də əvvəl Azərbaycan millisinin üzvü Renat Dadaşovun oynadığını bilirəm. Adını eşitmişdim. Lakin belə tanışlığımız yox idi. Mən gələndə, artıq o, getmişdi".