19:22 14-01-2020
news_image
215
FUTBOL

Qəbələ” böyük hesabla uduzdu - YENİLƏNİB

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” toplanış çərçivəsində ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşıb.

Budapeşt təmsilçisi ilə matç “Karvansaray” otelinin meydançalarında baş tutub. Oyunun ilk 45 dəqiqəsi qolsuz başa çatıb. Fasilədən sonra üç qol buraxan Elmar Baxşıyevin yetirmələri böyükhesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, “Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoxlama oyunu
14 yanvar
17:00. “Qəbələ” – MTK - (Macarıstan) - 0:3

“Karvansaray” otelinin meydancası