17:53 14-01-2020
news_image
157
FUTBOL

“Sumqayıt” məğlubiyyətlə başladı – YENİLƏNİB

Mövsümün ikinci yarısı üçün Antalyada hazırlıqlarını davam etdirən “Sumqayıt” ilk yoxlama oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Macarıstanın “Kapoşvar” klubu ilə üz-üzə gəlib. 

"Miracle" otelinin stadionunda baş tutan qarşılaşmada hesabı Ayxan Abbasovun yetirmələri açıblar. Mehdi Şərifi macarıstanlıların qapısına yol tapıb.

Lakin Premyer Liqa klubu üstünlüyünü qoruya bilməyib. Üç qol vuran “Kapoşvar” görüşdə dönüş yaradıb.

İkinci hissənin gedişində “Sumqayıt” Xəyal Nəcəfov və Amil Yunanovun qolları ilə hesabda tarazlıq yaradıb. Matçın sonlarında buraxılan top təmsilçimizin məğlubiyyətinə səbəb olub.

Qeyd edək ki, “Sumqayıt” Antalyada daha 3 sınaq matçı keçirəcək. 

Yoxlama oyunu
14 yanvar
16:00. “Sumqayıt” – “Kapoşvar” (Macarıstan) - 3:4
Qollar:
Mehdi Şərifi,14, Xəyal Nəcəfov, 68, Amil Yunanov, 76
"Miracle" otelinin stadionu