12:09 14-01-2020
news_image
183
FUTBOL

“Skenderbeu”nun sabiq futbolçusu “Keşlə”yə gəlir

Bakının “Keşlə” klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ön xətt üçün bir neçə forvardı gözdən keçirir. 

Albaniyanın "Biliş" klubunda çıxış edən malili Saliu Quindo da "Keşlə"nin maraq dairəsinə düşüb. Bakılılar artıq 24 yaşlı hücumçu ilə danışıqlara da start veriblər.

Qeyd edək ki, Quindo karyerası ərzində "Janna Dark", "Bamako", "Mimosas", "Esperansa", "Skenderbeu" klublarında oynayıb.