13:36 14-01-2020
news_image
292
TOP OYUNLARI

“Yalnız divanda uzanmağı xoşlamıram” - Kristina Yaqubova

“Rabitə” Çempionlar Liqasında çıxış edən vaxt mənə gənc oyunçu kimi meydanda olmaq şansı verilirdi. “Azərreyl”lə CEV kubokunda isə artıq əsas heyət üzvü idim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova deyib. 

Rusiyanın A Yüksək Liqasında “Lipetsk”in şərəfini qoruyan milliləşdirilmiş toppaylayıcı legioner həyatı yaşamasının səbəblərini açıqlayıb: “2 il öncə mövsüm başa çatdıqdan sonra qəti qərar verdim ki, Azərbaycandan Avropaya getməliyəm. Belədə Finlandiya variantı yarandı. Azərbaycandan getmək istəyimin səbəbi onunla bağlı idi ki, əksər komandaların maliyyə problemləri başladı və çempionat xeyli zəiflədi. Yeri gəlmişkən, cari mövsümdən müsbətə doğru irəliləyiş hiss olunur. Düşünürəm ki, bir neçə ilə Azərbaycan Super Liqası əvvəlki səviyyəsinə qayıdacaq. Amma həmin vaxt mən peşəkar planda inkişaf etmək istəyirdim. Ona görə də səviyyəsi yuxarı olan çempionatı tapdım. Finlandiya çempionatının gücü Azərbaycandakından yüksək idi. Üstəlik, çıxış etdiyim “Salo” CEV kubokunda mübarizə aparırdı”. 

24 yaşlı voleybolçu Lipetsk mətbuatına əsas arzusunu da açıqlayıb: “Məzuniyyət vaxtı formamı fitnes zalda qoruyuram. Kino, teatr, digər tədbirlərə gedirəm. Yalnız divanda uzanmağı xoşlamıram. Səyahət etməyi çox sevirəm. Voleybolda əsas hədəfim Olimpiadaya düşməkdir”