13:55 14-01-2020
news_image
405
FUTBOL

“Neftçi”nin azarkeşləri haqda danışmaya bilmərəm” - Kiril Petrov

“Bu üç il üçün təşəkkür edirəm. Həmin illər ərzində mənə dəstək olan, kömək edən hər kəsə “çox sağ ol” demək istəyirəm”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər Bakının “Neftçi” klubunun sabiq futbolçusu Kiril Petrova məxsusdur.

2017-19-cu illərdə “ağ-qaralar”ın şərəfini qoruyan ukraynalı müdafiəçi sosial şəbəkədəki paylaşımında azarkeşlərlə vidalaşıb: “Azarkeşlər haqda danışmaya bilmərəm. Dəstəyiniz üçün sizə təşəkkür edirəm. Arzu edirəm ki, “Forza Neftçi” ildən-ilə inkişaf etsin. İndi sizin mənimlə bağlı ismarışlarınızı oxumaq xoşdur. Sevinirəm ki, özüm haqda müsbət təəssürat qoya bilmişəm. Ümumilikdə isə çox yazmaq olar. Amma mən “əlvida” demirəm, görüşənədək. Hamınızı məşğul etdim”.

Qeyd edək ki, 3 il ərzində 77 oyunda 1 qol vuran K.Petrovla “Neftçi” arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.