15:14 14-01-2020
news_image
90
FUTBOL

London “Arsenal”ının yetirməsi “Zirə”də

Bakının "Zirə" klubu yeni futbolçu ilə anlaşıb. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Alie Sesayla müqavilə bağlayıb. 

25 yaşlı syerra-leoneli müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay İngiltərəni "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Syerra-Leone yığmasının da üzvüdür.