20:56 14-01-2020
news_image
95
FUTBOL

Autsayderdə “yarpaq tökümü”nə davam

Bakının “Səbail” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının autsayderi İqor Korotetski vidalaşıb.

Ukraynalı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

Bununla da autsayderdə “yarpaq tökümü” davam edib. İ.Korotetski Ağabala Ramazanov, Elvin Yuniszadə və Mirabdulla Abbasovdan sonra komandanı tərk edən 4-cü futbolçu olub.

Qeyd edək ki, müdafiəçi mövsümün ilk yarısında cəmi 1 oyun keçirib.