00:09 15-01-2020
news_image
49
FUTBOL

“Bu, məni sevindirdi” – Ayxan Abbasov

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Futbolçuları istədiyimdən də yaxşı gördüm”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc çalışdırıcı Türkiyə toplanışı çərçivəsində Macarıstanın “Kapoşvar” klubuna qarşı keçirilən oyun (3:4) barədə fikirlərini açıqlayıb: “Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı matçlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".