00:11 15-01-2020
news_image
146
FUTBOL

“Nəticə qazanmağa köklənməmişdik” – Elmar Baxşıyev

“Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc çalışdırıcı Türkiyə toplanışı çərçivəsində Macarıstan MTK-sına qarşı keçirilən yoxlama oyunu (0:3) barədə fikirlərini açıqlayıb: “Yoxlama oyununda nəticə qazanmağa köklənməmişdik. İstədiyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi”.