00:13 15-01-2020
news_image
51
FUTBOL

Premyer Liqada bukmekerlərə qadağa

İngiltərə futbolunda bukmekerlərin reklamına qadağa qoyula bilər.

Apasport.az saytının məlumatına görə, Böyük Britaniya hökuməti mərc oyunları ilə bağlı qərara yenidən baxmaq qərarına gəlib.

2005-ci ildə qəbul olunan qərarda dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu, bukmeker kontorlarının futboldakı reklamı ilə bağlı olacaq.

Məqsəd əsasən futbolçuların geyimində bukmeker reklamlarına qadağa qoyulmasından ibarətdir. Hazırda İngiltərə Premyer Liqasının 10 komandası belə reklamdan istifadə edir. Həmçinin liqanın adı da belə şirkətlərdən birinin adını daşıyır ki, bu anlaşma da 2024-cü ilə qədərdir.