10:37 15-01-2020
news_image
50
FUTBOL

Millidən ayrıldı, “Qəbələ”nin düşərgəsinə yollandı

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.
 
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Müşviq Nadirov U-19-un toplanışından azad edilib.

Buna əyalət klubunun əsas qapıçısı Anar Nəzirovun zədələnməsi səbəb olub. Klubun müraciəti əsasında M.Nadirov Antalyada olan “Qəbələ”nin düşərgəsinə yollanıb.

Onun əvəzinə yığmanın hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət olunub.  

Qeyd edək ki, yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq U-19 hazırlığını yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində davam etdirəcək. Hazırlıq müddətində yığma yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.