11:16 15-01-2020
news_image
66
FUTBOL

Kiril Petrovun “Kolos”a keçidi rəsmiləşdi

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Kiril Petrovun yeni komandası dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, ukraynalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

29 yaşlı futbolçunun “Kolos”a keçidi rəsmiləşib.

Qeyd edək ki, K.Petrov 2017-19-cu illərdə “Neftçi”nin formasını geyinib.