12:40 15-01-2020
news_image
177
FUTBOL

“Bavariya”dan 500 milyonluq müqavilə

Almaniyanın “Bavariya” klubu yeni sponsor müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Audi” avtokonserni ilə anlaşıb.

Yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. Anlaşmaya əsasən klub 10 ildə 500 milyon avro qazanacaq.

Qeyd edək ki, “Audi” 17 ildir “Bavariya” ilə tərəfdaşıdır.