11:47 15-01-2020
news_image
200
DİGƏR NÖVLƏR

“Azərbaycan Qran-prisinə biletlərin 81 faizini xarici ölkə vətəndaşları alıb” - Bülent Özərdim

"Titul sponsorluğu ilə bağlı danışıqlar davam edir. İki ay ərzində hər şey dəqiqləşəcək". 

Apasport.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.  

O, Azərbaycan Qran-prisinə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib ki, əsas hədəfləri tamaşaçı sayını artırmaqdır: "Endirimli bilet satışı bitir. Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi, satılan biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz  azarkeş sayını artırmaq olduğundan tribunalarda da dəyişikliklərin olmasını planlaşdırırıq".