15:28 15-01-2020
news_image
1513
FUTBOL

Renat Dadaşov Azərbaycana gəlməkdən imtina etdi

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.

Apasport.az saytının məlumatına görə, gənc hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərənin “Vulverhempton” klubu oyunçusunu icarəyə vermək üçün komanda axtarır.

Mövsümün ilk yarısını Portuqaliya təmsilçisi "Pakoş de Ferreyra"da keçirən, amma özünü göstərə bilməyən R.Dadaşov hələlik İngiltərə klubunun U-23 komandasında çıxış edir. Ona müştəri axtaran “Vulverhempton” forvardı mövsümün sonunadək Azərbaycan klublarından birinə yollamaq istəyib. Lakin menecerləri ilə məsləhətləşən R.Dadaşov bu variantdan imtina edib.