16:25 15-01-2020
news_image
134
TOP OYUNLARI

“Apeldornda biz istədiyimiz kimi oynamadıq” - Yelizaveta Səmədova

“Apeldornda çox xoşuma gəldi. Təşkilatçılıq ən yüksək səviyyədə idi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib. 

Niderlandın Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yığmamızın ən yaxşı oyunçusu yarışla bağlı fikirlərini açıqlayıb. O, formasını geyindi Rusiya “Leninqradka”sının saytına bildirib ki, lazımı nəticəni qazanmamalarında lazımı oyun nümayiş etdirməmələri rol oynayıb: “Zalın dolu tribunaları möhtəşəm atmosfer yaratmışdı. Təəssüf ki, biz istədiyimiz kimi oynamadıq. Hətta qrupdan da çıxa bilmədik. Buna baxmayaraq, mən oyun təcrübəsi qazandım. Şübhəsiz ki, bu, qarşıdakı matçlara hazırlıq baxımdan müsbət məqamdır”.

Qeyd edək ki, Səmədova Polşa, Bolqarıstan və Niderlandla baş tutan hər üç matçda komandamızın bombardiri olub.