17:19 15-01-2020
news_image
102
FUTBOL

"Səbail" Eriko da Silvanı itirdi

"Səbail" aparıcı futbolçusu sıradan çıxıb. 

Apasport.az saytına daxil olan məlumata görə, yaxşı günlərini yaşamayan Bakı klubu Eriko da Silvanı itirib. 

Braziliyalı müdafiəçi ciddi zədə alaraq uzun müddətə sıradan çıxıb. Onun hətta mövsümü başa vurduğu da ehtimal olunur. 

Eriko əməkdaşımızla söhbətində bunu təsdiqləyib: "Bəli, bəzi problemlərim var. Amma mövsümü başa vurub-vurmadığımı bilmirəm".

Qeyd edək ki, mövsümün əvvəlində zədələnən müdafiəçi heyətə yeni qayıtmışdı. O, Premyer Liqanın arxada qalan iki dövrəsində cəmi 4 oyun keçirib.