18:51 17-01-2020
news_image
127
FUTBOL

“Keşlə” 3-cü liqa klubuna böyük hesabla uduzdu – YENİLƏNİB

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Keşlə” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Almaniyanın “Zvikau” klubu ilə qarşılaşıb.

"Arkadia" otelinin meydançasında baş tutan matçda Tərlan Əhmədovun yetirmələri 3-cü liqa təmsilçisinə məğlub olublar. Almanların 4:1 hesabı ilə qalib gəldiyi oyunda "Keşlə"nin heyətində yeganə qola birinci hissədə yeni transfer Şohruh Qodiyev imza atıb.

Qeyd edək ki, Antalyada daha iki matça çıxacaq "Keşlə" yanvarın  22-də Rusiyanın “Arsenal”, 24-də Slovakiyanın “Zemplin” klubları ilə görüşəcək.

Yoxlama oyunu
17 yanvar
“Keşlə” – “Zvikau” (Almaniya) - 1:4
Qol: Şohruh Qodiyev, 32
Antalya. "Arkadia" otelinin meydançası