16:22 17-01-2020
news_image
71
FUTBOL

Stiven Jozef-Monroz “Neftçi”yə qoşuldu

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən Bakının “Neftçi” klubu bir günlük istirahətdən sonra məşqləri bərpa edib. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün iki dəfə məşqə çıxıb. 

Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub. Sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. 

Qeyd edək ki, yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın LKS klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-də Ukraynanın “Dinamo” (Kiyev), 24-də isə “Desna” klubları ilə üz-üzə gələcək.