17:17 17-01-2020
news_image
95
FUTBOL

Yeni müqavilə - Bundesliqa klubunda

"Bayer"də baş məşqçi Peter Bosla bağlı qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi çalışdırıcı ilə yeni müqavilə imzalayıb.

Yeni sözləşməyə əsasən, hollandiyalı mütəxəssis 2022-ci ilin yayına qədər Leverkuzen klubunun "sükanı arxası"nda olacaq. Həmçinin onun köməkçiləri Hendri Kryuzen və Terri Piters də vəzifələrində qalıblar.

Qeyd edək ki, 56 yaşlı Peter Bos 2019-cu ilin yanvarından "Bayer"ə rəhbərlik edir. Komanda onun başçılığı altında ötən mövsümü 4-cü pillədə tamamlayaraq, Çempionlar Liqasında iştirak edib.