23:46 18-01-2020
news_image
46
FUTBOL

“Sabah”ın 3-cü oyununun vaxtı dəqiqləşdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Sabah” klubunun növbəti oyununun yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yanvarın 19-da Qazaxıstan “Kaysar” klubu ilə görüşəcək.

Yoxlama oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matç Belekdəki “Fanatik” futbol meydançasında keçiriləcək.

Qeyd edək ki, Antalyada 2 oyun keçirən “Sabah” “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub, “Akademika Kilinçeni” (Rumıniya) ilə qolsuz bərabərliyə nail olub.