00:20 19-01-2020
news_image
106
FUTBOL

Beş komanda 1/16 finalda

Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində daha 5 matç baş tutub.

Apasport.az saytının məlumatına görə, “Atletiko Baku” “Metropoliten”, “Star karqo-2” “Qarabağ-Füzuli”, “Red Line” isə “Timsport”  üzərində ikinci qələbəni qazanmaqla 1/16 finala yüksəlib.

“Yasamal İSK-2” ilk oyunda uduzduğu “Baku Fire-3”dən məğlubiyyətin əvəzini çıxa bilib. “Star karqo” isə “Zülfüqar” məğlub edərək səfər qolları sayəsində mərhələ adlayıb.

Azərbaycan kuboku
1/32 final, cavab oyunları
18 yanvar

“Yasamal İSK-2” – “Baku Fire-3” - 5:2
İlk oyun: 2:3
“Star karqo” – “Zülfüqar” - 3:2
İlk oyun: 4:5
“Metropoliten” – “Atletiko Baku” - 1:8
İlk oyun: 3:7
“Qarabağ-Füzuli” – “Star karqo-2” - 2:3
İlk oyun: 3:8
“Red Line” – “Timsport” - 1:0
İlk oyun: 15:1

Qeyd edək ki, bu mərhələyə yanvarın 19-da keçiriləcək 10 oyunla yekun vurulacaq.