18:57 19-01-2020
news_image
310
FUTBOL

“Sabah”dan ilk qələbə - YENİLƏNİB

Bakının “Sabah” klubu Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Jelko Sopiçin yetirmələri Qazaxıstan “Kaysar” klubu ilə qarşılaşıb.

Bu, paytaxt təmsilçisinin qonşu ölkədəki 3-cü matçı olub. Belekdəki “Fanatik” futbol meydançasında baş tutan görüşün ilk yarısında qapılara qol vurulmayıb.

Fasilədən az sonra Qazaxıstan təmsilçisi hesabı açmağa müvəffəq olub. Lakin “Kaysar”ın sevinci qısa sürüb və bakılılar Antalya toplanışında ilk qolunu vurublar. 57-ci dəqiqədə Filip İvanoviç fərqlənib. “Sabah” oyunun sonlarında daha iki qol vuraraq Antalyada ilk qələbəsini qazanıb. Öncə Ceyhun Nuriyev, ardınca Mario Marina rəqib qapısına yol tapıb. 

Qeyd edək ki, bunadək Türkiyədə iki oyuna çıxan “Sabah” Macarıstan təmsilçisi “Pakş”a (0:2) uduzub, Rumıniyanın “Akademika Kilinçeni” (0:0) klubu ilə bərabərə qalıb.

Yoxlama oyunu
19 yanvar
17:00. “Sabah” – “Kaysar” (Qazaxıstan) – 3:1

Qollar: Filip İvanoviç, 57, Ceyhun Nuriyev, 82, Mario Marina, 87
“Fanatik” futbol meydançası