14:06 19-01-2020
news_image
118
FUTBOL

Beyl yenə "Real"ın oyununa sona qədər baxmadı

"Real"ın hücumçusu Qaret Beyllə bağlı problemləri bitmək bilmir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu İspaniya La Liqasının XX turunda "Sevilya" ilə qarşılaşmanı sona qədər izləməyib.

İştirak ərizəsinə salınmayan 30 yaşlı oyunçu "Santyaqo Bernabeu"dakı matçın 82-ci dəqiqəsində arenanı tərk edib. Bu isə cari mövsüm artıq 5-ci dəfədir ki, yaşanır. O, "Espanyol" (2:0), "Leqanes" (5:0), "Betis" (0:0) və "Qalatasaray"la (6:0) qarşılaşmalarda da hakimin final fitini gözləməyib.

"Real"ın daxili nizamnaməsinə görə, tribunada oturan futbolçu 80-ci dəqiqəyə qədər arenanı tərk edə bilməz.

Qeyd edək ki, "Real" - "Sevilya" oyunu Madrid klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.