18:06 19-01-2020
news_image
122
FUTBOL

Usman Dembele qayıtdı

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele bərpa prosesini başa vurub.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Dohada xüsusi reabilitasiya dönəmindən sonra Barselonaya qayıdıb.

Noyabrın 28-də Dortmund "Borussiya"sı ilə qarşılaşmada əzələsi qopan gənc oyunçunun bərpa dönəmi gözləniləndən erkən keçib. Qətəri proqnozlaşdırılan vaxtdan tez tərk edən Dembele bundan sonra məşqlərini "Barselona"nın bazasında davam etdirəcək. Onun fevral ayında yaşıl meydanlara dönüşü gözlənilir.

Hadisələr Dembelenin Çempiolar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə keçiriləcək qarşılaşmaya yetişəcəyindən xəbər verir. Bu komandalar arasında ilk oyun fevralın 25-də baş tutacaq.