13:36 20-01-2020
news_image
328
FUTBOL

“Real” yeni transferinu göndərir – icarəyə

İspaniyanın “Real” klubu Braziliya “Flamenqo”sundan transfer edəcəyi Reynyerlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi təqdimat mərasimindən dərhal sonra Madrid təmsilçisini tərk edəcək.

Braziliyalı mövsümün sonunadək “Espanyol”un uğurları üçün çalışacaq. Heyətini gücləndirməyə can atan Kataloniya klubu yarımmüdafiəçini icarəyə götürəcək.

Qeyd edək ki, artıq tibbi müayinədən də keçən Reynyer “Real”la 5 illik müqavilə imzalayacaq.