14:46 20-01-2020
news_image
540
FUTBOL

İki futbolçumuz millidən kənarlaşdırıldı - siqaret çəkdikləri üçün

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki üzvü düşərgədən kənarlaşdırılıb. 

Apasport.az saytının məlumatına görə, bunlar "Neftçi"nin qapıçısı Elnur Hüseynov və "Zaqatala"da eyni ampluada oynayan Vüsal Şabanovdur.

Onlar nizam-intizam qaydalarını pozduqlarına görə - siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.