21:15 20-01-2020
news_image
72
FUTBOL

“Qəbələ”nin rəqibi dəyişdi

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi dəyişib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” 4-cü yoxlama matçında Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən komandanın Bolqarıstan təmsilçisi “Dunav”la görüşəcəyi planlaşdırılsa da, bu rəqiblə sınaq reallaşmayıb.

Qeyd edək ki, Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.