21:27 20-01-2020
news_image
156
FUTBOL

“Sumqayıt” – “Arka” oyununun vaxtı dəqiqləşdi

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” sabah növbəti yoxlama oyununu keçirəcək. 

Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Polşa təmsilçisi “Arka” ilə qarşılaşacaq. 

Antalyada baş tutacaq görüşün yeri və vaxtı dəqiqləşib. Matç Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.