00:00 21-01-2020
news_image
253
FUTBOL

Yurgen Klopp yüksəldi, Qurban Qurbanov gerilədi

Dünyanın ən güclü futbol məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin ən yaxşı 1000 mütəxəssisi sırasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. Yeganə təmsilçimiz 1054 xalla dünyanın 574-cüsüdür. Ötən siyahıda 571-ci olan mütəxəssis 3 pillə geriləyib.

Qeyd edək ki, siyahının lideri dəyişib. “Liverpul”un alman məşqçisi Yurgen Klopp 15 min 353 xalla 1-ci yerə yüksəlib. O, “Barselona”dan kənarlaşdırılan Ernesto Valverdenin hegemonluğuna son qoyub.