00:03 21-01-2020
news_image
124
FUTBOL

Rəqib azarkeş öldürüldü, 25 fanat həbs olundu

İtaliyada azarkeşlər rəqib komandanın fanatını qətlə yetiriblər.

Apasport.az saytının məlumatına görə, “Vultur Rionero” klubunun 39 yaşlı tərəfdarı Fabio Tuççiarello maşınla vurulub.

“Melfi” komandasının azarkeşlərinin vurduğu fanat dünyasını dəyişib. Daha üç nəfər xəsarət alıb ki, onlardan birinin durumu ağırdır. Məsələni araşdıran İtaliya polisi 30 yaşlı sürücü və daha 24 fanatı həbs edib.