18:19 21-01-2020
news_image
95
FUTBOL

"Sumqayıt"dan ilk - YENİLƏNİB

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün növbəti sınağına çıxıb.

Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Antalya hazırlığı çərçivəsində 3-cü yoxlama matçını keçirib.

Ayxan Abbasovun yetirmələrinin budəfəki rəqibi "Arka" olub. Polşalılarla qarşılaşma "Sumqayıt" üçün uğurlu alınıb. Əmir Ağayevin 8-ci dəqiqədə vurduğu yeganə qol sayəsində Premyer Liqa təmsilçisi Antalyada ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Sumqayıt" ilk iki yoxlama oyununda müvafiq olaraq "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə məğlub olub, "Politexnika" (Rumıniya) ilə qollu bərabərə qalıb - 1:1. Komanda son matçında yanvarın 25-də Karaqandi "Şaxtyor"u (Qazaxıstan) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
21 yanvar
16:30. "Sumqayıt" - "Arka" (Polşa) - 1:0
Qol:
Əmir Ağayev, 8
Belek. “Topkapı” otelinin stadionu