19:01 21-01-2020
news_image
135
FUTBOL

"Sabah" "Spartak"ın əvəzediciləri ilə bacarmadı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə keçən "Sabah" bu gün sonuncu dəfə meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, Jelko Sopiç qonşu ölkədə son yoxlama görüşündə yetirmələrini sınaqdan keçirib.

Bakılılar Moskva "Spartak"ının əvəzediciləri ilə üz-üzə gəliblər. Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutan görüşə "Sabah" erkən qolla başlayıb. Yenidən komandaya qayıdan Marko Deviç hesabı açıb. Lakin cəmi 4 dəqiqə sonra bərabərliyi bərpa edən moskvalılar 50-ci dəqiqədə önə keçiblər. Buna baxmayaraq, Bakı klubu məğlubiyyətdən qaça bilib. Ceyhun Nuriyevin qolu qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bununla da Antalya toplanışını başa vuran "Sabah" plana əsasən sabah Vətənə qayıdacaq.

Qeyd edək ki, "Sabah" buna qədər hazırlıq çərçivəsində 3 yoxlama görüşü keçirib, 3 fərqli nəticəyə imza atmışdı. Əvvəlcə "Pakş"a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan paytaxt təmsilçisi "Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Kaysar" (Qazaxıstan) üzərində qələbə qazanıb - 3:1.

Yoxlama oyunu
21 yanvar
17:00. "Sabah" - "Spartak-2" (Moskva, Rusiya) - 2:2
Marko Deviç, 16; Ceyhun Nuriyev, 70
Belek. Hüseyn Aygün Futbol Mərkəzi