17:49 21-01-2020
news_image
109
FUTBOL

“Zirə” Antalyadan qələbə ilə dönür – YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama görüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, bakılılar Serbiya təmsilçisi "Napredak"la üz-üzə gəliblər. 

"Fanatik Tur"un meydançasında baş tutan görüşün ilk yarısında hesabı Riçard Qadze açıb. Rumıniya "Sepsi"si ilə görüşdə dubl müəllifi olan qanalı toplanış çərçivəsində 3-cü qoluna imza atıb. 

Fasilədən sonra paytaxt təmsilçisi daha bir qol vurub. Yeni transfer Davit Volkov fərqi artırıb. Bununla da 2:0 hesablı qalib gələn “Zirə” qonşu ölkədə ikinci qələbəsini qazanıb. 

Bu, Zaur Həşimovun kollektivinin qonşu ölkədə 3-cü oyunu olub. Yerli "Umraniyespor"a məğlub olan (0:3) qəsəbə klubu Rumıniya "Sepsi"si üzərində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bununla da Antalya toplanışını başa vuran "Zirə" sabah Bakıya qayıdacaq.

Yoxlama oyunu
21 yanvar
16:00. "Zirə" - "Napredak" (Serbiya) - 2:0

Qollar: Riçard Qadze, Davit Volkov
Antalya. "Fanatik Tur"un meydançası