16:44 21-01-2020
news_image
108
FUTBOL

"Barselona" əvəzləyici tapdı - Suaresə

"Barselona" uzun müddətlik sıradan çıxan hücumçusu Luis Suaresin boşluğunu doldurmaq üçün hərəkətə gəlib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu "Leypsiq"in qolçusu Timo Vernerə "elçi düşüb".

Almaniya yığmasının üzvü ilə bağlı klublar arasında danışıqlara start verilib. İspanlar cari mövsüm Bundesliqada keçirdiyi 18 oyunda 20 qol, 6 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı oyunçunu bu ay heyətinə qatmaq niyyətindədir. "Leypsiq"lə müqavilə müddəti 2023-cü ilə qədər olan futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur.

Qeyd edək ki, yanvarın 12-də əməliyyat olunan Luis Suares 4 ay komandasına kömək edə bilməyəcək.