16:58 21-01-2020
news_image
118
FUTBOL

"Real"ın müdafiəçisi "Bavariya"da

"Real"ın müdafiəçisi Alvaro Odriozola karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, cinah oyunçusu mövsümün ikinci dövrəsini "Bavariya"da keçirəcək.

Klublar 24 yaşlı futbolçunun 6 aylıq icarəyə verilməsində ortaq məxrəcə gəliblər. Bundesliqa təmsilçisinin onu birdəfəlik transfer etmək hüququna malik olub-olmadığı barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Alvaro Odriozola bu mövsüm La Liqada 4 oyunda iştirak edib.