02:27 22-01-2020
news_image
289
FUTBOL

"Lion" finalda - Fransa Liqa kubokunda

Fransa Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, bununla ilk finalçının adına aydınlıq gəlib.

Günün yeganə qarşılaşması "Lion"la "Lill" arasında oynanılıb. Matçın 90 dəqiqəsində qalibi müəyyənləşdirmək mümkün olmadığından, penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq oynayan "Lion" adını finala yazdırıb.

Mərhələnin yanvarın 22-də baş tutacaq digər oyununda PSJ "Reym"in qonağı olacaq. Bu cütlüyün qalibi finalda "Lion"la qarşılaşacaq.

Fransa liqa kuboku
Yarımfinal mərhələsi
21 yanvar
"Lion" - "Lill" - 2:2, pen, 4:3

Dembele, 17 (pen.); Ouar, 85 - Renato Sançes, 13; Remi, 90+1 (pen.)